Azərbaycan Premyer Liqası: "Zirə" 11 turdan sonra qələbə qazanıb

Azərbaycan Premyer Liqası: "Zirə" 11 turdan sonra qələbə qazanıb Bakı. 5 may. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun daha bir görüşü keçirilib.
Futbol
5 May , 2018 18:56
Azərbaycan Premyer Liqası: Zirə 11 turdan sonra qələbə qazanıb

Bakı. 5 may. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun daha bir görüşü keçirilib.

"Report"un məlumatına görə, "Səbail" doğma meydanda "Zirə" ilə üz-üzə gəlib.

Qarşılaşma qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qəsəbə təmsilçisi 11 turdan sonra qələbəyə sevinib. Matçda yeganə qolu 16-cı dəqiqədə Vüsal İsgəndərli vurub.

Bu nəticədən sonra xallarının sayını 38-ə çatdıran "Zirə" turnir cədvəlində 4-cü pilləyə yüksəlib. "Səbail" isə 23 xalla 7-ci yerdədir.

Qeyd edək ki, turun açılış oyununda "Kəpəz" "Sumqayıt"la 1:1 hesablı heç-heçə edib. Bu gün daha bir qarşılaşma keçiriləcək. "Qəbələ" "Keşlə"ni qəbul edəcək. Tura sabah keçiriləcək "Qarabağ" – "Neftçi" oyunu ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, XXVI tur

5 may (şənbə)

17:00. "Səbail” – "Zirə” - 0:1

Qol: Vüsal İsgəndərli, 16

Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Rahil Ramazanov, Orxan Məmmədov

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Hakim-inspektor: Fazil Mürşüdov

"Bayıl Arena”

Son xəbərlər

Orphus sistemi