Azərbaycan Premyer Liqası: X turun daha bir oyunu keçiriləcək - AFİŞA

Azərbaycan Premyer Liqası: X turun daha bir oyunu keçiriləcək - AFİŞA Bu gün Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçiriləcək.
Futbol
2 Noyabr , 2019 07:10
Azərbaycan Premyer Liqası: X turun daha bir oyunu keçiriləcək - AFİŞA

Bu gün Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçiriləcək.

"Report"un məlumatına görə, turun ikinci qarşılaşmasında "Səbail" "Keşlə"ni qəbul edəcək. "ASCO Arena"da keçiriləcək görüşü Rəvan Həmzəzadə idarə edəcək.

8 oyundan sonra "Səbail" 10 xalla 4-5-ci yerləri bölüşdürür, "Keşlə" isə 15 xalla üçüncü pillədə qərarlaşıb. İlk dövrədəki matçda "Səbail" səfərdə 2:1 hesabı ilə qalib gəlib.

Komandalar daxili çempionatda 9 dəfə üz-üzə gəliblər. Bunlardan 5-də "Səbail", 3-də isə "Keşlə" meydanı üç xalla tərk edib. 1 görüşdə isə qalib müəyyənləşməyib. "Səbail" rəqibinə son 5 oyunda qol vura bilib. Komandalar arasındakı son 3 görüşdə qonaq olan komanda qələbə qazanıb.

Azərbaycan Premyer Liqası

X tur

16:00. “Səbail” – “Keşlə”

Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Cəmil Quliyev, Fərid Hacıyev

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Əliyev İlham

“ASCO Arena”

I dövrə - 2:1

Qeyd edək ki, açılış matçında "Neftçi" "Qarabağ"la qolsuz heç-heçə edib. Tura sabah keçiriləcək "Zirə" - "Sumqayıt" və "Qəbələ" - "Sabah" matçları ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi