Yuxarı

Azərbaycan Premyer Liqası: "Sumqayıt" klubu növbəti qələbə sayəsində yenidən 4-cü pilləyə yüksəlib

Kəpəz qış fasiləsindən sonra ardıcıl 3-cü məğlubiyyətlə üzləşib

Bakı. 9 fevral. REPORT. AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında daha bir oyun keçirilib. "Report"un məlumatına görə, XVII tur çərçivəsində "Sumqayıt" "Kəpəz"i qonaq edib.

Turnir cədvəlində qonşu olan kollektivlər Sumqayıtda üz-üzə gəliblər. Matçda hesab erkən açılıb. 7-ci dəqiqədə Sergey Çernışev gəncəliləri məyus edib. 28-ci dəqiqədə fərqlənən Azər Salahlı isə ilk hissənin nəticəsini müəyyənləşdirib. 

Fasilədən sonra da hücumlarını davam etdirən meydan sahibləri 61-ci dəqiqədə Məhəmməd Qurbanovun qolu ilə üstünlüyü 3 topa çatdırıblar. Bundan 10 dəqiqə sonra isə Kərim Diniyev buraxılan qollardan birinin əvəzini çıxıb.

Beləliklə, "Sumqayıt" 3:1 hesablı qələbə sayəsində "Zirə"ni keçərək, 4-cü pilləyə yüksəlib. Amma hər iki komandanın aktivində 21 xal var. "Kəpəz" isə 15 xalla 6-cı pillədə qalıb. 

Azərbaycan Premyer Liqası, XVII tur

9 fevral (cümə axşamı)

“Sumqayıt” – “Kəpəz” 3:1

Qollar: Sergey Çernışev, 7. Azər Salahlı, 28. Məhəmməd Qurbanov, 61 - Kərim Diniyev, 71

Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Cavanşir Yusifov, Orxan Məmmədov

AFFA nümayəndəsi: Rauf Əmirov

Hakim-inspektor: Əhmədağa Cabbarov

"Kapital Bank Arena"

İlk 2 dövrədəki oyunlar: 1:1, 0:0

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi