Azərbaycan Premyer Liqasında son 6 ilin rekordu qeydə alınıb

Azərbaycan Premyer Liqasında son 6 ilin rekordu qeydə alınıb Bakının "İnter" klubu məğlubiyyətsiz oyunlar seriyasını 18-ə çatdırıb
Futbol
9 Mart , 2015 17:35
Azərbaycan Premyer Liqasında son 6 ilin rekordu qeydə alınıb

Bakı. 9 mart. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında son 6 ilin rekordu qeydə alınıb. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu göstəriciyə Bakının “İnter” klubu imza atıb. 

"Bankirlər" Premyer Liqada məğlubiyyətsiz oyunlar seriyasını 18-ə çatdırıb. Sonuncu dəfə 2014-cü il avqustun 29-da “Xəzər Lənkəran”la səfər oyununda 0:1 hesabı ilə uduzan baş məşqçi Kaxaber Tsxadadzenin komandası XXV turun görüşündə “Neftçi”ni məğlub edib - 2:0. 2009-cu ilin martından sonrakı dövr üçün ən uzun məğlubiyyətsiz oyunlar seriyası 17 matçdan ibarət olub. 2011-2012-ci il mövsümündə qeydə alınan həmin göstərici “İnter”in də tarixində 2-ci nəticə idi. “Neftçi”yə uduzmamaqla, klub tarixinin 2-ci nəticəsini göstərən “İnter” 2008-2009-cu illərdəki rekordunun 3 addımlığındadır. Həmin vaxt bakılılar 21 matçda uduzmamışdı.

Bu dəfəki 18 oyunluq seriya Azərbaycan çempionatları tarixində 15-ci göstəricidir. Mütləq rekord isə “Kəpəz”ə məxsusdur – 28 oyun. “Turan” 27, “Neftçi” və “Şəmkir” isə hər ikisi 26 məğlubiyyətsiz oyunlar seriyasına malikdir.

Son xəbərlər

Orphus sistemi