Yuxarı

Azərbaycan Premyer Liqası: "Qəbələ" "Səbail"i məğlub edib

​Azərbaycan Premyer Liqası: "Qəbələ" "Səbail"i məğlub edib

Bakı. 10 mart. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, Qəbələ şəhər stadionunda eyniadlı komanda "Səbail"i qəbul edib. Baş hakim İnqilab Məmmədovun idarə etdiyi qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

İlk yarıda tərəflərdən heç biri qol vura bilməyib. Fasilədən sonra "qırmızı-qaralar" sürətli qollarla istəklərinə çatıblar. Ceyms Adeniyi 49 və 55-ci dəqiqələrdə çoxgedişli kombinasiyaları dəqiq zərbələrlə tamamlayıb. Bununla da nigeriyalı yarımmüdafiəçi aktivindəki qolların sayını 8-ə çatdırıb.

73-cü dəqiqədə isə "Qəbələ" azlıqda qalıb. Bəhlul Mustafazadə ikinci sarı vərəqəni alaraq, meydandan kənarlaşdırılıb. "Səbail" say üstünlüyündən təsəlli qolunu vurmaqla yararlanıb. 84-cü dəqiqədə künc zərbəsindən sonra yeni transfer Elvin Yunuszadə başla topu tora göndərib. Qalan dəqiqələrdə qonaqlar hesabı bərabərləşdirmək imkanlarından yararlana bilməyiblər.

Beləliklə, bu qələbə sayəsində xallarını 28-ə çatdıran "Qəbələ" 3-cü pillədəki "Səbail"lə xal fərqini 3-ə endirib.

Qeyd edək ki, turun açılış oyununda "Keşlə" "Sabah"ı darmadağın edib - 3:0. "Qarabağ" - "Zirə" matçı isə qolsuz yekunlaşıb. Tura bu gün saat 16:30-da başlanacaq "Sumqayıt" - "Neftçi" matçı ilə yekun vurulacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi