Azərbaycan Premyer Liqasında növbəti turun proqramı açıqlanıb

Azərbaycan Premyer Liqasında növbəti turun proqramı açıqlanıb Çempionluq uğrunda mübarizə aparan komandaların oyunları eyni vaxtda başlanacaq
Futbol
12 May , 2015 18:44
Azərbaycan Premyer Liqasında növbəti turun proqramı açıqlanıb

Bakı. 12 may. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında "Qarabağ" və "İnter" klublarının növbəti oyunları eyni saatda başlanacaq. "Report"un məlumatına görə, Peşəkar Futbol Liqası bu addımı idman prinsiplərinin pozulmaması məqsədilə atıb. 

Çempionatın sonuna 3 tur qalmış hər iki komanda qızıl medallar uğrunda mübarizəni davam etdirir. "Qarabağ"ın 30 oyundan 65, "İnter"in 29 oyundan 59 xalı var. Qarşıdakı turda Ağdam klubu "Sumqayıt"ı qəbul edəcək. Paytaxt təmsilçisi isə "Qəbələ"nin qonağı olacaq. Mayın 16-da keçiriləcək hər iki matç saat 20:00-da başlanacaq. "Qarabağ" qeyri-sabiq çıxışı ilə seçilən rəqibi üzərində qələbə qazanacağı, "İnter" isə xal itirəcəyi halda, Qurban Qurbanovun komandası ardıcıl ikinci mövsüm çempionluğunu rəsmiləşdirəcək. "Bankirlər" də qələbə qazanacaqları halda, çempionluğun taleyi növbəti turda iki komanda arasındakı görüşdə həll olunacaq. Bu mövsüm "Qarabağ"la "İnter"in ilk 3 dövrədəki oyunlarında eyni hesab qeydə alınıb - 0:0. 


XXXIV turun proqramı: 

15 may (cümə)

17:00. "Simurq” (Zaqatala) – "Bakı”

Zaqatala şəhər stadionu

16 may (şənbə)

18:00. "Xəzər Lənkəran” – AZAL (Bakı)

"Xəzər Lənkəran” mərkəzi stadionu


20:00. "Qəbələ” – "İnter” (Bakı)

Qəbələ şəhər stadionu

20:00. "Qarabağ” (Ağdam) – "Sumqayıt”

"Bakcell Arena”

Son xəbərlər

Orphus sistemi