Azərbaycan Premyer Liqası: IV turdan təxirə salınmış oyun keçirilib

Azərbaycan Premyer Liqası: IV turdan təxirə salınmış oyun keçirilib Bakı. 8 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turdan təxirə salınmış bir oyun keçirilib.
Futbol
8 Dekabr , 2017 21:07
Azərbaycan Premyer Liqası: IV turdan təxirə salınmış oyun keçirilib

Bakı. 8 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turdan təxirə salınmış bir oyun keçirilib.

"Report" xəbər verir ki, debütant "Səbail” lider "Qarabağ”ı qəbul edib.

"Bayıl Arena”da baş tutan oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Ağdam təmsilçisinə 3 xal qazandıran qollara 57-ci dəqiqədə Pedro Enrike, 69-cu dəqiqədə isə penaltidən Dani Kintana imza atıb.

Bu qələbədən sonra xalını 37-ə çatdıran "Qarabağ" zirvədəki yerini bir qədər də möhkəmləndirib. "Səbail" isə 13 xalla 6-cı pillədədir.

Qeyd edək Azərbaycan Premyer Liqasında növbəti - XV turun oyunları 2018-ci il 10 - 11 fevralda keçiriləcək.

Azərbaycan Premyer Liqası

8 dekabr (cümə)

"Səbail" – "Qarabağ" 0:2

Qol: Pedro Enrike, 57. Dani Kintana, 69-p.

Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Knyaz Əmiraslanov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Elbrus Abbasov

Hakim-inspektor: Vüsal Əliyev

Bakı. "Bayıl Arena"

Son xəbərlər

Orphus sistemi