Yuxarı

Azərbaycan Premyer Liqası: İlk turun hakim təyinatları açıqlanıb

Azərbaycan Premyer Liqası: İlk turun hakim təyinatları açıqlanıb

Bakı. 10 avqust. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında 2018/2019 mövsümünün ilk turunun oyunları üçün hakim təyinatları açıqlanıb.

"Report" Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, "Sumqayıt" - "Neftçi" matçı Rauf Cabbarova, "Keşlə" - "Sabah" oyunu Rəhim Həsənova, "Qəbələ" - "Səbail" görüşü isə Əliyar Ağayevə tapşırılıb.

Qeyd edək ki, turun "Qarabağ" - "Zirə" oyunu 26 sentyabr tarixinə təxirə salınıb.

11 avqust (şənbə)

“Sumqayıt” – “Neftçi”

Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Rahil Ramazanov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Xaqani Məmmədov

“Dalğa Arena”, 20:00

12 avqust (bazar)

“Keşlə” – “Sabah”

Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, İsgəndər Əliyev, Ramil Diniyev

AFFA nümayəndəsi: Ramiz Abdullayev

Hakim-inspektor: Fazil Mürşüdov

“ASK Arena”, 21:00

“Qəbələ” – “Səbail”

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Orxan Məmmədov

AFFA nümayəndəsi: Şaiq Həmidov

Hakim-inspektor: Əhmədağa Cabbarov

Qəbələ şəhər stadionu, 19:00

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi