Yuxarı
    Bağlamaq

    ​Azərbaycan Premyer Liqası dünya reytinqində 6 pillə irəliləyib

    Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası 2014-cü ilin ölkə çempionatlarının reytinq siyahısını açıqlayıb

    Bakı. 20 yanvar. REPORT.AZ/ Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS)  dünya ölkələrinin ən güclü çempionatlarının reytinq siyahısını açıqlayıb. "Report"un məlumatına görə, 2014-cü ilin yekunlarına əsasən hazırlanan siyahıda Azərbaycan Premyer Liqası 6 pillə irəliləyərək, 421 xalla 37-ci pilləyə yüksəlib. 

    Azərbaycan bu siyahıda Polşa, Moldova, ABŞ, Sloveniya kimi ölkələri qabaqlayıb. Zirvədə isə ötən il olduğu kimi, İspaniya La Liqası (1259 xal) yer alıb. İlk üçlüyü 2 pillə irəliləyən İtaliya A Seriyası və 1 pillə geriləyən İngiltərə Premyer Liqası qapayır. Onların aktivində müvafiq olaraq 998 və 958 xal var. Almaniya Bundesliqası da reytinq siyahısında geriləyib. 2013-cü ildə 3-cü pillədə olan Bundesliqa son ilin nəticələrinə görə 5-ci pilləyə enib.

    Qeyd edək ki, son 2 ilin müqayisəsində ən böyük irəliləmə Qazaxıstan liqasında olub. 2013-cü ildə 83-cü pillədə yerləşən bu çempionat hazırkı siyahıda 38-cidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi