Azərbaycan Premyer Liqası: Daha bir oyun qolsuz yekunlaşıb

Azərbaycan Premyer Liqası: Daha bir oyun qolsuz yekunlaşıb Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçirilib.
Futbol
2 Noyabr , 2019 17:58
Azərbaycan Premyer Liqası: Daha bir oyun qolsuz yekunlaşıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, "ASCO Arena"da "Səbail" və "Keşlə" komandaları üz-üzə gəlib. Baş hakim Rəvan Həmzəzadənin idarə etdiyi görüş qolsuz yekunlaşıb. Bununla da "Keşlə" 16 xalla 3-cü, "Səbail" 11 xalla 4-cü pillədə qalıb.

Qeyd edək ki, Premyer Liqada X turun açılış matçında "Neftçi" "Qarabağ"la qolsuz heç-heçə edib. Tura noyabrın 3-də keçiriləcək "Zirə" - "Sumqayıt" və "Qəbələ" - "Sabah" görüşləri ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi