Yuxarı
    Bağlamaq

    Azərbaycan Premyer Liqası tarixində 11 000-ci qol vurulub

    Qolun müəllifi Ruslan Abışovdur

    Bakı. 10 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX turun “Qəbələ” – “Simurq” oyununda ölkə çempionatları tarixində yubiley qolu vurulub. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, meydan sahiblərinin futbolçusu Ruslan Abışovun endirdiyi dəqiq zərbə ölkə futbolu üçün 11 000-ci qol olub.

    1:0 hesabı ilə başa çatan qarşılaşmayadək 1992-ci ildə start götürən milli çempionatlarda 10 999 qol vurulmuşdu. Cari mövsümün startına qədər bu rəqəm 10 720, XXIX turdan əvvəl isə 10 992-yə bərabər idi. Mövsümün 280-ci, turun 8-ci qolu yubiley xarakteri daşıyıb. 

    Qeyd edək ki, ölkə çempionatlarında 10 000-ci qol 865 gün əvvəl - 2012-ci il noyabrın 25-də vurulub. Premyer Liqanın 2012/2013-cü il mövsümünün XIV turunun “Bakı” – “Neftçi” oyununda Elvin Məmmədovun qonaqların qapısına vurduğu top ölkə futbol çempionatlarında 10 000-ci olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi