Azərbaycan - Norveç matçının biletləri satışa çıxarılıb

Azərbaycan - Norveç matçının biletləri satışa çıxarılıb Ən ucuz biletə 1 manat qiymət qoyulub
Futbol
15 Sentyabr , 2016 11:00
Azərbaycan - Norveç matçının biletləri satışa çıxarılıb

Bakı. 15 sentyabr. REPORT.AZ/ Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Norveç oyununun biletləri satışa çıxarılıb.

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, ən ucuz - 1-ci kateqoriyalıl biletə 1 manat qiymət qoyulub. 2-ci kateqoriyalı bilet 2 manata, VİP biletlər isə 10 manatadır. 

Biletləri 28 Mall Ticarət Mərkəzində, "Bakcell" Müştəri Xidmətləri mərkəzində (metronun Sahil stansiyasının yaxınlığı), Bakı Olimpiya Stadionunun və "Bakcell Arena"nın kassalarında əldə etmək mümkündür. Həmçinin biletlərin online satışı www.tickets.affa.az saytında da həyata keçirilir.

Qeyd edək ki, oktyabrın 8-də keçiriləcək Azərbaycan - Norveç matçı saat 21:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi