Yuxarı

Azərbaycan - Norveç matçının biletləri satışa çıxarılıb

Ən ucuz bilet 2 manatdır

Bakı. 3 noyabr. REPORT.AZ/ "Avro-2016"nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da keçiriləcək Azərbaycan - Norveç matçının biletləri satışa çıxarılıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, biletlərə 2,4 və 20 manat qiymət qoyulub.

Biletləri "Bakcell Arena"nın və Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, həmçinin Üzeyir Hacıbəyli küç.48 (metronun Sahil stansiyasının yaxınlığı) ünvanında yerləşən "Bakcell" Müştəri Xidmətləri mərkəzindən əldə etmək mümkündür.

Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Norveç matçı saat 21:00-da başlanacaq.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi