​Azərbaycan - Moldova oyunu bir dəqiqəlik sükutla başlayacaq

​Azərbaycan - Moldova oyunu bir dəqiqəlik sükutla başlayacaq Bu barədə stadionun direktoru məlumat verib
Futbol
14 Noyabr , 2015 18:10
​Azərbaycan - Moldova oyunu bir dəqiqəlik sükutla başlayacaq

Bakı. 14 noyabr. REPORT.AZ/ Noyabrın 17-də keçiriləcək Azərbaycan - Moldova oyunu bir dəqiqəlik sükutla başlayacaq. Bu barədə "Report"a oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev məlumat verib.

O bildirib ki, buna səbəb Fransanın paytaxtı Parisdə törədilən terror aktıdır. 

Qarşılaşma saat 21:00-da başlayacaq.

Qeyd edək ki, noyabrın 13-də Fransanın paytaxtı Parisdə törədilən terror aktı nəticəsində 120-dən çox insan həlak olub, 130-a yaxın şəxs yaralanıb.

Son xəbərlər

Orphus sistemi