Yuxarı

​Azərbaycan millisinin yoldaşlıq oyunlarının vaxtı dəyişdirilib

Oyunlar 25 və 27 avqustda keçiriləcək

Bakı. 24 avqust. REPORT.AZ/ Futzal üzrə Avropa çempionatının pley-off mərhələsinə hazırlıq məqsədilə Azərbaycan milli komandasının Türkmənistan yığması ilə keçirəcəyi yoldaşlıq oyunlarının tarixi dəyişdirilib. "Report"un məlumatına görə, qarşılaşmalar avqustun 25-də və 27-də keçiriləcək.

"ABU Arena"da təşkil olunacaq hər iki oyun saat 20:00-da başlayacaq.

Qeyd edək ki, ilk olaraq oyunların avqustun 24 və 26-da keçirilməsi nəzərdə tutulmuşdu. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi