Azərbaycan millisinin yeganə hücumçusu yeni göstəriciyə imza atıb

Azərbaycan millisinin yeganə hücumçusu yeni göstəriciyə imza atıb Ruslan Qurbanov Premyer Liqada çıxış edən oyunçular arasında qol sayı 20 və daha çox olan 19-cu futbolçudur
Futbol
9 Noyabr , 2015 10:41
Azərbaycan millisinin yeganə hücumçusu yeni göstəriciyə imza atıb
Ruslan Qurbanov

Bakı. 9 noyabr. REPORT.AZ/ “Neftçi” klubunun futbolçusu Ruslan Qurbanov Azərbaycan çempionatlarında 20-ci qolunu vurub. "Report"un məlumatına görə, Premyer Liqada XII turun “Rəvan”la qarşılaşmasında 2 dəfə fərqlənən hücumçu 20-yə 95-ci matçında çatıb. 

Əvvəlki 5 mövsümdən dördündə (2010/2011 – 0, 2011/2012 – 2, 2012/2013 – 6, 2013/2014 – 4, 2014/2015 - 3) 15 qol vuran Qurbanov cari çempionatda 5-ci dəfə rəqib qapısına yol tapıb. Onun “Rəvan”ın qapısına vurduğu ilk top “ağ-qaralar”ın heyətindəki 10-cu qol olub. Sonradan bu rəqəmi 11-ə çatdıran hücumçu “Sumqayıt”da 9 dəfə fərqlənib.

Qurbanov hazırda Premyer Liqada çıxış edən oyunçular arasında qol sayı 20 və daha çox olan 19-cu futbolçudur. Bu göstəricidə Rəşad Abdullayev (54), Viktor İqbekoyi (46) və Vaqif Cavadov (43) ilk “üçlük”də qərarlaşıblar.

Qeyd edək ki, Ruslan Qurbanov Azərbaycan milli komandasının noyabrın 17-də Moldova ilə keçirəcəyi yoldaşlıq görüşünə çağırılan yeganə hücumçudur. 

Son xəbərlər

Orphus sistemi