​Azərbaycan millisinin üzvü: "Nəyə görə Portuqaliyanı məğlub etməyək?"

​Azərbaycan millisinin üzvü: "Nəyə görə Portuqaliyanı məğlub etməyək?" Komandanın uğuru üçün hər şey edəcəm
Futbol
4 May , 2016 20:46
​Azərbaycan millisinin üzvü: Nəyə görə Portuqaliyanı məğlub etməyək?

Bakı. 4 May. REPORT.AZ/17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının və Türkiyənin "Beşikaş" klubunun yarımmüdafiəçisi Mətin Gülərin "Report"a müsahibəsi

- Avropa çempionatının startına 1 gün qalıb. Komandamızın hazırlıq prosesini necə dəyərləndirərdin?

- Hazırlıqlarımız çox yaxşı gedir. Komanda aprelin 18-dən məşqlərə başlayıb. Mən isə 2 gün sonra düşərgəyə qatıldım. Hər şey yolundadır. Komandanın düşərgəsində xeyli sayda futbolçu var idi. Yekunda baş məşqçi “18-liy”i müəyyənləşdirib. Mən də bu siyahıda yer aldım. Buna görə də çox şadam.

- Heyətdən kənarda qala biləcəyindən ehtiyatlanırdın?

- 2 ildir Azərbaycan millisində çıxış edirəm. Amma Avropa çempionatı öncəsi heyətə yeni oyunçular qatılıb. Hər kəsin heyətdən kənarda qalmaq ehtimalı var idi. Yekunda heyətə düşə bildim.

- Millimizə cəlb olunan yeni futbolçulardan Atlam Ege də sənin kimi “Beşiktaş”da forma geyir. Onun oyunu haqda fikirlərin necədir?

- Əvvəlcə onu deyim ki, yeni gələn oyunçuların hər biri komandamıza kömək edəcək səviyyədədirlər. O ki qaldı, Atlam Egeyə, o da ilk başda həyəcanlı idi. Yekunda heyətə düşdü və komandamızın uğuru üçün əlindən gələni edəcək.

- Azarkeşlər sizdən Portuqaliya ilə oyunda qəıləbə gözləyə bilərlər?

- Təbii ki. Nəyə görə Portuqaliyanı məğlub etməyək? 1 oyundur və meydanda hər şey ola bilər. Hər birimizin xəyalları, arzuları var, çempion olmaq istəyirik. Əlimizdən gələni edəcəyik ki, istəyimizə çataq.

- Portuqaliyanın oyununu izləmisiz?

- Bəli, izləmişik.

- Hansısa oyunçunu fərqləndirə, üstünlüklərini qeyd edə bilərsən?

- Konkret hansısa oyunçuları fərqləndirmək istəməzdim. Rəqibi analiz etmişik, zəif və üstün cəhətlərini bilirik.

- “A” qrupunun favoriti hansı komandadır?

- Hər zamankı kimi Azərbaycan deyəcəyəm. Rəqiblərimiz güclüdürlər, bunu danmaq olmaz. Yenə də qrupdan çıxmaq üçün sona qədər mübarizə aparacağıq.

- Türkiyədə sənə və Azərbaycan yığmasına maraq necədir?

- Dostlarım, məşqçilərim mənə daim dəstək olurlar. Avropa çempionatını onlar da diqqətdə saxlayacaqlar. Hər kəs çempionatı və Azərbaycan yığmasının oyunlarını həyəcanla izləyəcək.

- U-17 millimizin son qolunu Rusiya ilə görüşdə sən vurmusan. Sabahkı oyunda da azarkeşlərə qol söz verə bilərsən?

- Əlbəttə. Meydana çıxarkən komandanın uğuru üçün hər şey edəcəm. Qol vurub komandama fayda vermək istəyirəm.

Son xəbərlər

Orphus sistemi