Yuxarı

Azərbaycan millisinin üzvləri müharibə əlilləri pansionatında olublar

​Azərbaycan millisinin üzvləri müharibə əlilləri pansionatında olublar

AFFA və milli yığma komandanın üzvləri Novruz bayramı münasibəti ilə Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri Pansionatını ziyarət edib, onlara AFFA-nın hədiyyələrini təqdim ediblər.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, ziyarətdə AFFA-nın əməkdaşları, Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç, millinin üzvləri Maksim Medvedev, Qara Qarayev, Emin Mahmudov, Ramil Şeydayev, Səlahət Ağayev, Bədavi Hüseynov və Mahir Mədətov iştirak ediblər.

Pansionat sakinləri göstərilən diqqətə görə AFFA-ya və milli komandanın üzvlərinə minnətdarlıq edib, millimizə uğurlar arzulayıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi