Bakı. 19 may. REPORT.AZ/ 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının mayın 23-də Bakıda start götürəcək toplanış üçün heyəti açıqlanıb. "Report"un məlumatına görə, paytaxtda üç gün davam edəcək hazırlıq prosesinə 24 futbolçu dəvət alıb.
Onların arasında klubsuz Elnur Cəfərov da var.
Yaşar Vahabzadənin rəhbərlik etdiyi komanda mayın 25-dən iyunun 5-dək Sloveniyanın paytaxtı Lyublyanada təlim-məşq toplanışında olacaq.
ADI, SOYADI | KLUB |
Elşən Abdullayev | Neftçi |
Rahil Məmmədov | Neftçi |
Fəhmin Muradbəyli | Neftçi |
Məqsəd İsayev | Neftçi |
Azər Salahlı | Qarabağ |
Mahir Mədətov | Qarabağ |
Ehtiram Şahverdiyev | Qəbələ |
Bəhlul Mustafazadə | Qəbələ |
Vüqar Mustafayev | Zirə |
Adil Nağıyev | Zirə |
Sadiq Quliyev | Zirə |
Tural Hümbətov | AZAL |
Ruslan Nəsirli | AZAL |
Elnur Cəfərov | klubsuz |
Fuad Bayramov | İnter |
Abbas Hüseynov | İnter |
Taşkın Sertan | İnter |
Rəşad Əzizli | Rəvan |
Orxan Əliyev | Kəpəz |
Budaq Nəsirov | Kəpəz |
Tərlan Əhmədli | Sumqayıt |
Xəyal Nəcəfov | Sumqayıt |
Orxan Qurbanlı | BFC Daugavpils (Latviya) |
Dmitri Nağıyev | FC Dnipro (Ukrayna) |
Qeyd edək ki, Elşən Abdullayev, Rahil Məmmədov, Məqsəd İsayev, Fəhmin Muradbəyli və Mahir Mədətov komandaya mayın 26-da, Vüqar Mustafayev, Adil Nağıyev və Budaq Nəsirov isə bundan bir gün sonra qoşulacaq.