Azərbaycan millisinin Şimali İrlandiya ilə oyun üçün start heyəti açıqlanıb

Azərbaycan millisinin Şimali İrlandiya ilə oyun üçün start heyəti açıqlanıb Prosineçki Emin Mahmudovu ilk dəqiqələrdən meydana buraxacaq
Futbol
10 Noyabr , 2016 23:35
Azərbaycan millisinin Şimali İrlandiya ilə oyun üçün start heyəti açıqlanıb

Şimali İrlandiya, Belfast. 10 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının Şimali İrlandiya yığması ilə keçirəcəyi 2018-ci il Dünya çempionatının seçmə qrup matçı üçün heyəti açıqlanıb.

"Report"un Belfasta ezam olunmuş əməkdaşının məlumatına görə, bu barədə millimizin baş məşqçisi Robert Prosineçki keçirdiyi mətbuat konfransında bildirib.

O, ilk dəqiqələrdən Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Maksim Medvedev, Bədavi Hüseynov, Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirquliyev, Emin Mahmudov, Ramil Şeydayev, Əfran İsmayılov və Ruslan Qurbanovun meydana çıxacağını bildirib.

Son xəbərlər

Orphus sistemi