Azərbaycan millisinin sabiq futbolçusu Gürcüstan komandasına keçib

Azərbaycan millisinin sabiq futbolçusu Gürcüstan komandasına keçib Rasim Ramaldanov 103 yaşlı klubla müqavilə bağlayıb
Futbol
23 İyul , 2016 10:34
Azərbaycan millisinin sabiq futbolçusu Gürcüstan komandasına keçib

Bakı. 23 iyul. REPORT.AZ/ Azərbaycan milli komandasının sabiq futbolçusu Rasim Ramaldanov Gürcüstanın "Kolxeti" klubuna keçib. 

"Report"un məlumatına görə, 30 yaşlı mərkəz müdafiəçisi ilə 1 illik müqavilə bağlanılıb.

R.Ramaldanov Türkiyədə təlim-məşq toplanışında olan Poti komandasının düşərgəsinə qoşulub. Onun 103 yaşlı yeni klubu iyulun 25-də Bakı "İnter"i ilə üz-üzə gələcək.

Qeyd edək ki, Rasim Ramaldanov karyerası ərzində "Simurq", "Xəzər Lənkəran" və "Sumqayıt"da forma geyinib. "Kolxeti" onun legioner həyatı yaşayacağı ilk klubdur. Ramaldanov 2014-cü il dünya və 2016-cı il Avropa çempionatlarının seçmə qrup mərhələsində Azərbaycan yığmasına dəvət alıb. 

Son xəbərlər

Orphus sistemi