Azərbaycan millisinin sabiq baş məşqçisinin adı bütün dövrlərin ən yaxşı komandasına daxil edilib

Azərbaycan millisinin sabiq baş məşqçisinin adı bütün dövrlərin ən yaxşı komandasına daxil edilib Yohan Kroyfun kitabında Lionel Messiyə "Arzuların komandası"nda yer verilməyib
Futbol
5 Oktyabr , 2016 16:46
Azərbaycan millisinin sabiq baş məşqçisinin adı bütün dövrlərin ən yaxşı komandasına daxil edilib

Bakı. 5 oktyabr. REPORT.AZ/ Tanınmış hollandiyalı futbolçu Yohan Kroyfun avtobioqrafik kitabı işıq üzü görüb. 

"Report"un məlumatına görə, kitabda Kroyfun bütün zamanların ən yaxşı futbolçusu hesab etdiyi oyunçuların adları yer alıb.

İdeal yığmada Lev Yaşin (Rusiya), Karlos Alberto Tores (Braziliya), Frants Bekkenbauer (Almaniya), Xosep Qvardiola (İspaniya), Rud Krol (Hollandiya), Alfredo di Stefano (Argentina), Bobbi Çarlton (İngiltərə), Qarrinça (Braziliya), Dieqo Maradona (Argentina), Pele (Braziliya) və Pit Keyzer (Hollandiya) yer alıb.

Lakin bu "11-lik"də Argentina yığmasının və İspaniyanın "Barselona" klubunun hücumçusu Lionel Messinin adı yoxdur.

Kroyf bu il martın 24-də 68 yaşında vəfat edib. O, futbolçu kimi Hollandiyanın "Ayaks" və İspaniyanın "Barselona" klublarının heyətində "Qızıl top"a layiq görülüb.

Qeyd edək ki, Karlos Alberto Torres 2004-2005 mövsümündə Azərbaycan millisinin baş məşqçisi olub.

Son xəbərlər

Orphus sistemi