Azərbaycan millisinin sabiq baş məşqçisi: "Aleks Ferqyuson üçün dua edirəm"

Azərbaycan millisinin sabiq baş məşqçisi: "Aleks Ferqyuson üçün dua edirəm" "Şotlandiya millisinə rəhbərlik etdiyim vaxt problemlərin həllində mənə kömək etməsini heç vaxt unutmaram"
Futbol
7 May , 2018 12:44
Azərbaycan millisinin sabiq baş məşqçisi: Aleks Ferqyuson üçün dua edirəm

Bakı. 7 may.REPORT.AZ/ Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqts səhhətində problem yaranan əfsanəvi Aleks Ferqyuson üçün dua etdiyini açıqlayıb.

“Report” “Bild”ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis mayın 5-də beyninə qan sızdığı üçün əməliyyat olunan 76 yaşlı şotlandiyalı həmkarının sağalacağına ümid bəslədiyini söyləyib. Foqts Şotlandiya millisində çalışdığı vaxt ona Ferqyusonun yardımçı olduğunu xatırladıb: “Ser Aleks – çox yaxşı dost, ürəyimə yatan insandır. Şotlandiya millisinin baş məşqçisi olduğum vaxt problemlərin həllində mənə kömək etməsini heç vaxt unutmaram. O, hər zaman gənc və istedadlı şotlandiyalı futbolçuları izləyirdi. Onun üçün dua edirəm və sağalacağına ümid bəsləyirəm”.

Qeyd edək ki, Aleks Ferqyuson 1986 – 2013-cü illərdə İngiltərənin “Mançester Yunayted” komandasının baş məşqçisi olub. Beyninə qan sızan ser Aleks hazırda süni koma vəziyyətindədir. 

Son xəbərlər

Orphus sistemi