Yuxarı

​Azərbaycan millisinin rəqibinin 2 üzvü yeni klubla müqavilə imzalayıb

Onlardan biri vətəninə, digəri isə Yunanıstana yollanıb

Bakı. 12 avqust. REPORT.AZ/ Futbol üzrə Azərbaycan millisinin 2016-cı ildə keçiriləcək Avropa çempionatının seçmə qrup mərhələsindəki rəqibi Xorvatiya yığmasının 2 üzvü özlərinə yeni klub tapıb. "Report"un məlumatına görə, bunlar Hrvoye Miliç və Marin Leovaçdır.

H.Miliç klub karyerasını öz vətənində davam etdirəcək. O, "Hayduk"un formasını geyinəcək. M.Leovaç isə bundan sonra Yunanıstan PAOK-unda top qovacaq.

Qeyd edək ki, Azərbaycan - Xorvatiya qarşılaşması sentyabrın 3-də keçiriləcək. Matçın start fiti 21:00-da səslənəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi