Azərbaycan millisinin Qətərlə yoldaşlıq görüşü üçün heyəti açıqlanıb - SİYAHI

Azərbaycan millisinin Qətərlə yoldaşlıq görüşü üçün heyəti açıqlanıb - SİYAHI 23 futbolçuya dəvət göndərilib
Futbol
3 Mart , 2017 13:07
Azərbaycan millisinin Qətərlə yoldaşlıq görüşü üçün heyəti açıqlanıb - SİYAHI

Bakı. 3 mart. REPORT.AZ/ Martın 9-da Doha şəhərində Qətər yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Robert Prosineçki heyətə 23 futbolçu cəlb edib.

Onların arasında yeni futbolçulardan "Qarabağ"ın qapıçısı Şahrudin Maqomedaliyev, "İnter"in müdafiəçisi Abbas Hüseynov, "Qəbələ"nin arxa xətt oyunçusu Tellur Mütəllimovla yanaşı, "Qarabağ"ın braziliyalı yarımmüdafiəçisi Riçard Almeyda da var. Bundan başqa "Qəbələ"nin kapitanı Cavid Hüseynov həbsdən çıxdıqdan sonra ilk dəfə yığmaya çağırılıb. 

AD, SOYAD KLUB
Şahrudin Magomedaliyev Qarabağ
Anar Nəzirov Zirə
Səlahət Ağayev İnter
Tərlan Quliyev İnter
Abbas Hüseynov İnter
Bədavi Hüseynov Qarabağ
Rəşad Sadıqov Qarabağ
Tellur Mütəllimov Qəbələ
Urfan Abbasov Qəbələ
Magomed Mirzabekov Qəbələ
Arif Daşdəmirov Qarabağ
Ruslan Abışov Neftçi
Rahid Əmirguliyev Qarabağ
Qara Qarayev Qarabağ
Riçard Almeyda Qarabağ
Elvin Məmmədov Zirə
Cavid Hüseynov Qəbələ
Araz Abdullayev Qəbələ
Ağabala Ramazanov Qarabağ
Ruslan Qurbanov Qəbələ
Namik Ələskərov Neftçi
Rauf Əliyev İnter
Mahir Mədətov Qarabağ

Son xəbərlər

Orphus sistemi