Yuxarı

​Azərbaycan-Qazaxıstan görüşünün başlama saatı açıqlanıb

Görüş martın 26-da baş tutacaq

Bakı. 18 fevral. REPORT.AZ/ Türkiyənin Antalya şəhərində təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində Azərbaycan milli komandasının Qazaxıstan yığması ilə martın 26-da keçirəcəyi yoldaşlıq oyununun başlama saatı müəyyənləşib. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Görüşün təşkil olunacağı stadion və hakimlər hələlik bəlli deyil.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi