Azərbaycan millisinin oyununda VAR sistemi tətbiq olunacaq

Azərbaycan millisinin oyununda VAR sistemi tətbiq olunacaq Hər iki milli assosiasiya TFF-nin müraciətini müsbət cavablandırıb
Futbol
20 Mart , 2018 12:21
Azərbaycan millisinin oyununda VAR sistemi tətbiq olunacaq

Bakı. 20 mart. REPORT.AZ/ Martın 27-də Türkiyənin Antalya şəhərində keçiriləcək Azərbaycan – Makedoniya yoldaşlıq oyununda VAR (video assistant referee) sistemi tətbiq olunacaq. 

"Report"un məlumatına görə, bununla əlaqədar Türkiyə Futbol Federasiyası (TFF) AFFA-ya və Makedoniya Futbol Federasiyasına müraciət edib. 

Hər iki milli assosiasiya TFF-nin müraciətini müsbət cavablandırıb.

Qeyd edək ki, "Mardan" stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi