Azərbaycan millisinin oyunu növbəti dəfə Sumqayıtda olacaq

Azərbaycan millisinin oyunu növbəti dəfə Sumqayıtda olacaq 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsindəki Azərbaycan – Lixtenşteyn oyununun stadionu müəyyənləşib.
Futbol
22 Oktyabr , 2019 13:37
Azərbaycan millisinin oyunu növbəti dəfə Sumqayıtda olacaq

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsindəki Azərbaycan – Lixtenşteyn oyununun stadionu müəyyənləşib. 

"Report" AFFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşma Sumqayıt şəhərindəki “Kapital Bank Arena”da keçiriləcək.

Qeyd edək ki, matç noyabrın 14-ü saat 18:00-da başlayacaq. U-21-in oktyabrın 15-də İsveçrəyə 0:1 hesabı ilə uduzduğu seçmə mərhələ oyunu da “Kapital Bank Arena”da olub. 

Son xəbərlər

Orphus sistemi