Azərbaycan millisinin Norveç və San Marino ilə oyunlarına təyinatlar açıqlanıb

Azərbaycan millisinin Norveç və San Marino ilə oyunlarına təyinatlar açıqlanıb Görüşlər polşalı və monteneqrolu hakimlərə tapşırılıb
Futbol
28 Avqust , 2017 13:13
Azərbaycan millisinin Norveç və San Marino ilə oyunlarına təyinatlar açıqlanıb
Report

Bakı. 28 avqust. REPORT.AZ/ Azərbaycan milli komandasının Norveç və San Marino yığmaları ilə keçirəcəyi futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup matçlarına bütün təyinatlar açıqlanıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk qarşılaşmanı polşalı, növbəti görüşü isə monteneqrolu hakimlər briqadası idarə edəcəklər. 

Norveç – Azərbaycan

Baş hakim: Daniel Stefanski

Baş hakimin köməkçiləri: Robert Marcin Boniek, Dawid Golis

Dördüncü hakim: Bartosz Frankowski

(Hakimlər Poşadandır)

Hakim-inspektor: Jones Peter (İngiltərə)

Komissar: Nicolae Camelia (Rumıniya)

Azərbaycan – San Marino

Baş hakim: Nikola Dabanovic

Baş hakimin köməkçiləri: Milutin Djukic, Jovica Tatar

Dördüncü hakim: Pavle Radovanovic

(Hakimlər Monteneqrodandır)

Hakim-inspektor: Kaj Ostergaard (Danimarka)

Komissar: Oljas Abrayev (Qazaxıstan)

Qeyd edək ki, Azərbaycan millisi Norveçlə sentyabrın 1-də Osloda, San Marino ilə sentyabrın 4-də Bakıda üz-üzə gələcək. 

Son xəbərlər

Orphus sistemi