Azərbaycan millisinin Norveç və San Marino ilə oyunlar üçün heyəti açıqlanıb - SİYAHI

Azərbaycan millisinin Norveç və San Marino ilə oyunlar üçün heyəti açıqlanıb - SİYAHI 25 futbolçuya dəvət göndərilib
Futbol
23 Avqust , 2017 15:04
Azərbaycan millisinin Norveç və San Marino ilə oyunlar üçün heyəti açıqlanıb - SİYAHI

Bakı. 23 avqust. REPORT.AZ/ Futbol üzrə Azərbaycan millisinin Norveç və San Marino ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçları üçün heyəti açıqlanıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Robert Prosineçki qarşıdakı oyunlara 25 futbolçu dəvət edib.

Onların arasında ilk dəfə "Zirə"dən Təmkin Xəlilzadə də yer alıb. 

AD, SOYAD KLUB
Kamran Ağayev Mlada (Çexiya)
Anar Nəzirov Zirə
Səlahət Ağayev Neftçi
Tərlan Quliyev İnter
Bədavi Hüseynov Qarabağ
Rəşad Sadıqov Qarabağ
Maksim Medvedev Qarabağ
Pavel Paşayev Aleksandriya (Ukrayna)
Maqomed Mirzabekov Neftçi
Ürfan Abbasov Qəbələ
Ruslan Abışov Neftçi
Rahid Əmirquliyev Qarabağ
Qara Qarayev Qarabağ
Dmitri Nazarov Aue (Almaniya)
Təmkin Xəlilzadə Zirə
Mahir Mədətov Qarabağ
Cavid Hüseynov Qəbələ
Araz Abdullayev Anortosis (Kipr)
Əfran İsmayılov Qarabağ
Riçard Almeyda Qarabağ
Ağabala Ramazanov Qarabağ
Ruslan Qurbanov Qəbələ
Namik Ələskərov Neftçi
Ramil Şeydayev Jilina (Slovakiya)
Renat Dadaşov Ayntraxt (Almaniya)

Qeyd edək ki, Azərbaycan millisi Norveçlə sentyabrın 1-də Osloda, San Marino ilə sentyabrın 4-də Bakıdakı "Bakcell Arena"da üz-üzə gələcək. 

Son xəbərlər

Orphus sistemi