Yuxarı
    Bağlamaq

    ​Azərbaycan millisinin Moldova ilə keçirəcəyi yoldaşlıq görüşü üçün heyəti açıqlanıb

    Baş məşqçisi Robert Prosineçki 22 futbolçuya dəvət göndərib

    Bakı. 6 noyabr. REPORT.AZ/ Noyabrın 17-də Bakı Olimpiya Stadionunda Moldova milisi ilə beynəlxalq yoldaşlıq oyunu keçirəcək Azərbaycan yığmasının heyəti açıqlanıb.

    "Report"un xəbərinə görə, yığmamızın baş məşqçisi Robert Prosineçki yoldaşlıq oyunu üçün 22 futbolçuya dəvət göndərib.

    Qapıçılar: Kamran Ağayev (“Karşıyaka”, Türkiyə), Aqil Məmmədov (“Neftçi”), Anar Nazirov (“Zirə”), Səlahət Ağayev (“İnter”)

    Müdafiəçilər: Tərlan Quliyev (“Kəpəz”), Maksim Medvedev, Bədavi Hüseynov, Rəşad Sadiqov (hamısı “Qarabağ”), Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Ruslan Abışov (hamısı “Qəbələ”), Pavel Paşayev (“Metallurq”, Zaporojye, Ukrayna)

    Yarımmüdafiəçilər: Rəşad Eyyubov (“Kəpəz”), Qara Qarayev, Elvin Məmmədov, Əfran İsmayılov (hamısı “Qarabağ”), Dmitri Nazarov (“Karlsrue”, Almaniya), Rəhman Hacıyev (“Neftçi”), Tuğrul Erat (“Fortuna”, Düsseldorf, Almaniya), Rahid Əmirquliyev, Elşən Rzazadə (hər ikisi “Xəzər Lənkaran”)

    Hücumçu: Ruslan Qurbanov (“Neftçi”).

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi