Yuxarı
    Bağlamaq

    Azərbaycan millisinin məşqçiləri "Neftçi"nin oyununu izləyib

    Yığmanın baş məşqçisi də oyunda olub

    Bakı. 18 yanvar. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının məşqçiləri Qordan Tsipriç və Draqan Spaşiç Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Neftçi" klubunun oyununu izləyib. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Rusiya "Tosno"su ilə görüşə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Yaşar Vahabzadə də baxıb.

    Qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.

    Qeyd edək ki, əsas millinin baş məşqçisi Robert Prosineçki şəxsi işləri ilə əlaqədar Antalyaya yollana bilməyib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi