Rəşad Sadıqovun sabiq klubu maddi problem üzündən azarkeşlərə müraciət edib

Rəşad Sadıqovun sabiq klubu maddi problem üzündən azarkeşlərə müraciət edib "İndi əvvəlkindən daha çox dəstək istəyirik"
Futbol
29 Dekabr , 2016 15:42
Rəşad Sadıqovun sabiq klubu maddi problem üzündən azarkeşlərə müraciət edib

Bakı. 29 dekabr. REPORT.AZ/ Türkiyə I Liqasında çıxış edən "Eskişehirspor" klubunun maddi yardıma ehtiyacı var. 

"Report"un məlumatına görə, klubun maliyyə məsələləri üzrə vitse-prezidenti Ekrem Birsen bu barədə açıqlama verib.

O bildirib ki, indiyədək göstərilən köməyə baxmayaraq, yenə də maddi problemlər yaşayırıq: "Sıxıntılardan qaynaqlanan transfer qadağamız var. Bu səbəbdən, heyətdə gücləndirmə işləri apara bilmirik. İndi əvvəlkindən daha çox maddi dəstək istəyirik. Hər zaman yanımızda olan azarkeşlərdən abunə kartlarının alınmasında fəal olmalarını istəyirik".

Qeyd edək ki, Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Rəşad Sadıqov 2010-cu il avqustun 29-da "Eskişehirspor"la 2 illik müqavilə imzalayıb. Lakin 2011-ci ilin qışında müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib və Sadıqov həmin il fevralın 11-də "Qarabağ"a qayıdıb.

Son xəbərlər

Orphus sistemi