​Azərbaycan millisi bu gün Qranatkinin xatirə turnirində son oyununu keçirəcək

​Azərbaycan millisi bu gün Qranatkinin xatirə turnirində son oyununu keçirəcək Sonuncu rəqib Belarus yığması olacaq
Futbol
12 Yanvar , 2016 09:48
​Azərbaycan millisi bu gün Qranatkinin xatirə turnirində son oyununu keçirəcək

Bakı. 12 yanvar. REPORT.AZ/ FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirə bu gün yekun vurulacaq. "Report"un məlumatına görə, turnirdə iştirak edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması son oyununu Belarusun U-19 komandasına qarşı keçirəcək.

Təbriz Həsənovun rəhbərlik etdiyi komanda 7-ci yer uğrunda mübarizə aparacaq. Peterburqski İdman-Konsert Kompleksində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Turnirdə 9-10-cu pillələri müvafiq olaraq Yaponiya və Qazaxıstan komandaları tutub. Bolqarıstan və Moldova 11-12-ci pillələri bölüşüblər. Turniri sonuncu pillədə yekunlaşdıran Litvanın U-17 komandası olub. 13-cü pillədə isə Estoniya qərarlaşıb.

Finalda Sloveniya və Sankt-Peterburq komandaları üz-üzə gələcək. Sloveniya qrup mərhələsində Azərbaycanla eyni qrupda mübarizə aparıb və qrupu ilk pillədə tamamlayıb. Bürünc medal matçı Rusiya və Finlandiya arasında keçiriləcək. 5-ci yer uğrunda Latviya və Slovakiya yığmaları qarşılaşacaq. 

Turnirin təntənəli bağlanış mərasimi Bakı vaxtilə 22:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi