Yuxarı

Azərbaycan millisinin hücumçusu "Trabzonspor"un heyətində məşqlərə başlayıb

20 yaşlı futbolçu millinin düşərgəsindən zədəsiz qayıdıb

Bakı. 15 oktyabr. REPORT.AZ/ Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev klubunda məşqlərə başlayıb.

"Report"un məlumatına görə, gənc hücumçu "Trabzonspor"un heyətində Türkiyə Super Liqasının VI turunda "Akhisar"la keçiriləcək oyuna hazırlaşır.

20 yaşlı futbolçu millinin düşərgəsindən zədəsiz qayıdıb.

Sabah Trabzonda baş tutacaq görüşdə Şeydayevin heyətdə yer alacağı gözlənilir. Buna səbəb komandanın hücumçuları Suk və Muhammet Demirin ötən oyunlarda fərqlənə bilməməsidir.

Qeyd edək ki, "Trabzonspor" - "Akhisar" matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi