Azərbaycan millisinin hücumçusu: "Nəticənin yaxşı olması üçün əlimizdən gələni edəcəyik"

Azərbaycan millisinin hücumçusu: "Nəticənin yaxşı olması üçün əlimizdən gələni edəcəyik" Bakı. 16 noyabr. REPORT.AZ/ Bu iki oyunun nə dərəcədə vacib olduğunu bilirik. Nəticənin yaxşı olması üçün əlimizdən gələni edəcəyik.
Futbol
16 Noyabr , 2018 19:00
Azərbaycan millisinin hücumçusu: Nəticənin yaxşı olması üçün əlimizdən gələni edəcəyik

Bakı. 16 noyabr. REPORT.AZ/ "Bu iki oyunun nə dərəcədə vacib olduğunu bilirik. Nəticənin yaxşı olması üçün əlimizdən gələni edəcəyik".

"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan yığmasının futbolçusu Rüfət Dadaşov UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda Farer adaları ilə ev oyunundan öncə deyib.

27 yaşlı hücumçu rəqibi analiz etdiklərini bildirib: "Bizdə də başla yaxşı oynayan oyunçular var. Bunun üzərində məşq etmişik. Standart vəziyyətlərə hazırıq".

R.Dadaşov qol vuracağına dair heç kəsə söz vermədiyini söyləyib: "Qol vurmaq mənim işimdir. Farer adaları və Kosovo ilə son iki oyunda kimin qol vurması önəmli deyil. Əsas odur ki, qalib gələk".

Son xəbərlər

Orphus sistemi