"Səbail"dən ayrılan hücumçu "Neftçi"yə qayıdıb - YENİLƏNİB

"Səbail"dən ayrılan hücumçu "Neftçi"yə qayıdıb - YENİLƏNİB Neftçinin yetirməsi Mirabdulla Abbasov doğma komandasına qayıdıb.
Futbol
7 Yanvar , 2020 16:03
Səbaildən ayrılan hücumçu Neftçiyə qayıdıb - YENİLƏNİB
Mirabdulla Abbasov

"Neftçi"nin yetirməsi Mirabdulla Abbasov doğma komandasına qayıdıb.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 24 yaşlı hücumçunun “Səbail”lə icarə müqaviləsinə xitam verilib.

Abbasov “Neftçi”də 22 nömrəli formanı geyinəcək.


*** 15:36

"Səbail" klubu futbolçusu Mirabdulla Abbasovla yollarını ayırıb. 

"Report" klubun rəsmi "İnstagram" səhifəsinə istinadən xəbər verir ki, 25 yaşlı hücumçu müqavilə ilə məxsus olduğu "Neftçi"yə qayıdıb. Onun icarə müddəti bu ilin yayında sona çatmalı idi.

Qeyd edək ki, Mirabdulla Abbasov Azərbaycan millisinin də üzvüdür. O, 2018-ci ildə ölkənin ən yaxşı futbolçusu seçilib.

Son xəbərlər

Orphus sistemi