Azərbaycan millisinin hücumçusu: "Heç bir rəqibimizdən qorxmuruq, döyüşəcəyik"

Azərbaycan millisinin hücumçusu: "Heç bir rəqibimizdən qorxmuruq, döyüşəcəyik" Əvvəlki nəticələri unutmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik"
Futbol
3 Dekabr , 2018 09:33
Azərbaycan millisinin hücumçusu: Heç bir rəqibimizdən qorxmuruq, döyüşəcəyik

Bakı. 3 dekabr. REPORT.AZ/ "Həqiqətən də yaxşı qrupa düşmüşük. Rəqiblərin gücündən danışmağa gərək yoxdur. Onsuz da hər kəs bu komandaların gücündən xəbərdardır".

Bunu "Report"a açıqlamasında Azərbaycan milli komandasının futbolçusu Ruslan Qurbanov 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkünü dəyərləndirərkən deyib. 27 yaşlı hücumçu hər bir oyuna uduzmamaq və vuruşmaq üçün çıxacaqlarını bildirib: "Hansı yeri tutacağımızı sonda biləcəyik. İrəli getmək istəmirəm. Çünki sabah nə olacağını bilmirəm. Komandaların hər biri ilə döyüşəcəyik. Əvvəlki nəticələri unutmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik".

Azərbaycan millisi əvvəlki seçmə tsikllərdə rəqiblərinin hər biri ilə qarşılaşıb. Bakıda Slovakiyanı 2:0 hesabı ilə yenmək, Xorvatiya və Uelslə heç-heçə etmək mümkün olubsa, Macarıstanla bütün görüşlərdə məğlubiyyət qeydə alınıb. Qurbanov bu məqamların komanda üçün psixoloji rol oynamadığını vurğulayıb: "Olanlar keçmişdə və tarixdə qalır. Bu gün hər şeyə real baxmaq lazımdır. Bu komandaların hamısı xeyli artırıb və onlara qarşı mübarizə aparmaq çətin olacaq. Hər bir oyunçuları isə top-liqalarda çıxış edirlər və milyon dəyərindədirlər. Lakin biz heç kimdən qorxmuruq. Oynayacaq, vuruşacaq, döyüşəcəyik!"

Qeyd edək ki, Azərbaycan millisi ilk oyununu 2019-cu il martın 21-də səfərdə Xorvatiyaya qarşı keçirəcək

Son xəbərlər

Orphus sistemi