Azərbaycan millisinin heyətində dəyişiklik edilib

Azərbaycan millisinin heyətində dəyişiklik edilib Bakıda təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının heyətində dəyişiklik baş verib.
Futbol
15 Yanvar , 2020 10:40
Azərbaycan millisinin heyətində dəyişiklik edilib

Bakıda təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının heyətində dəyişiklik baş verib.

"Report"un məlumatına görə, buna “Qəbələ”nin əsas qapıçısı Anar Nəzirovun zədələnməsi səbəb olub.

Bu səbəbdən klubun müraciəti əsasında yığmanın düşərgəsində olan Müşviq Nadirov toplanışdan azad edilib. Onun əvəzinə yığmanın hazırlıq prosesinə “Neftçi”dən Elnur Hüseynov dəvət olunub.

Qeyd edək ki, yanvarın 17-dək Bakıda təlim-məşq toplanışında olacaq U-19 hazırlığını yanvarın 18-dən Türkiyənin Antalya şəhərində davam etdirəcək. Hazırlıq müddətində yığma yanvarın 22-də “Antalyaspor”un, yanvarın 25-də və 27-də isə Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunları keçirəcək. Milli komanda vətənə yanvarın 28-də qayıdacaq.

Son xəbərlər

Orphus sistemi