Azərbaycan millisinin futbolçusunun çıxış etdiyi komandada baş məşqçi dəyişikliyi baş verib

Azərbaycan millisinin futbolçusunun çıxış etdiyi komandada baş məşqçi dəyişikliyi baş verib "Ertsebirge Aue" Hans Drevsə tapşırılıb
Futbol
8 Sentyabr , 2017 15:59
Azərbaycan millisinin futbolçusunun çıxış etdiyi komandada baş məşqçi dəyişikliyi baş verib

Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın "Ertsebirge Aue" komandasında baş məşqçi dəyişikliyi baş verib.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, II Bundesliqada mübarizə aparan kollektiv Hans Drevsə tapşırılıb. 35 yaşlı mütəxəssis bu postda Tomas Letşi əvəzləyib.

Qeyd edək ki, T.Letş iyunda Domeniko Tedeskonun "Şalke"nin sükanı arxasına keçməsindən sonra "Ertsebirge Aue"yə baş məşqçi təyin edilib. Dmitri Nazarovun komandası 4 turdan sonra 4 xalla 10-cu pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi