Yuxarı

Azərbaycan millisinin futbolçusu Türkiyə klubunu Bakı təmsilçisinə dəyişib

Azərbaycan millisinin futbolçusu Türkiyə klubunu Bakı təmsilçisinə dəyişib

Türkiyənin I Liqasında çıxış edən “Giresunspor”un formasını geyinən Azərbaycan millisini futbolçusu Ozan Can Kökçü Bakı klubuna keçib.

“Report” Giresun təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi karyerasını Azərbaycan Premyer Liqasında yarışan “Sabah”da davam etdirəcək.

Müqavilənin detalları barədə məlumat verilmir. 

Qeyd edək ki, Kökçü indiyə qədər Azərbaycanın U-21 yığmasının formasını geyinib. O, daha öncə Hollandiyanın “Valveyk” və Türkiyənin “Bursaspor” komandalarında çıxış edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi