Azərbaycan millisinin futbolçusu klubunda 7 aydan sonra fərqlənib

Azərbaycan millisinin futbolçusu klubunda 7 aydan sonra fərqlənib Deniz Yılmaz sonuncu qolunu ötən mövsüm vurub
Futbol
6 Dekabr , 2016 16:45
Azərbaycan millisinin futbolçusu klubunda 7 aydan sonra fərqlənib

Bakı. 6 dekabr. REPORT.AZ/ Azərbaycan millisinin futbolçusu Deniz Yılmaz çıxış etdiyi Türkiyənin "Bursaspor" klubunda 7 aydan sonra qol vurub. 

"Report"un məlumatına görə, 28 yaşlı futbolçu buna Super Liqanın "Rizespor"la ev oyununda nail olub.

Hücumçu 63 və 68-ci dəqiqələrində rəqib qapısına yol taparaq komandasına qələbə qazandırıb. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

D.Yılmaz komandada sonuncu qolunu ötən mövsümün XXXIII turunda vurub. O, mayın 14-də "Konyaspor"la baş tutmuş görüşdə fərqlənib. Həmin görüş 1:1 hesabı ilə yekunlaşıb.

"Ağ-yaşıllar" hazırda 24 xalla 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, "Bursaspor" çempionatda sonuncu qələbəsini IX turda qazanıb. "Akhisar Bələdiyyəsi" ilə ev oyununda meydan sahibləri 2:0 hesablı qələbəni bayram edib.

Son xəbərlər

Orphus sistemi