Yuxarı

Azərbaycan millisinin futbolçusu İspaniya çempionatında baxımlı qol vurub - VİDEO

​Azərbaycan millisinin futbolçusu İspaniya çempionatında baxımlı qol v

Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilov İspaniya "Albasete"sinin heyətində ilk qolunu vurub.

"Report"un məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi II Liqanın XVI turunda "Saraqosa" ilə səfər oyununda fərqlənib. Start heyətində yer alan İsrafilov 90+4-cü dəqiqədə qələbə topuna imza atıb - 1:0. Onun qolla nəticələnən zərbəsi baxımlı alınıb.

Qeyd edək ki, Eddi İsrafilov Azərbaycan millisinin Uelsə 0:2 hesabı ilə uduzduğu AVRO-2020-nin seçmə matçında iştirak etməyib. O, Slovakiya ilə son qarşılaşmanın hazırlıqlarına qoşulacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi