Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov yeni kluba icarəyə verilib

Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov yeni kluba icarəyə verilib 23 yaşlı oyunçu yenidən Sequnda klubunda çıxış edəcək
Futbol
13 İyul , 2015 12:43
Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov yeni kluba icarəyə verilib

Bakı. 13 iyul. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilov növbəti mövsümü İspaniyanın "Eybar" klubunda keçirəcək. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, müqavilə üzrə "Mursiya"ya məxsus hücumameyilli yarımmüdafiəçi sonradan alına bilməsi şərti ilə 1 illik icarəyə götürülüb.

23 yaşlı oyunçunun təqdimat mərasimi bu gün "Eybar"a məxsus "İpurua" stadionunda baş tutacaq.

Qeyd edək ki, Eddi İsrafilov ötən mövsümü İspaniya La Liqasında yarışan "Qranada"da icarə əsasında keçirib. Klub mövsümü 17-ci pillədə başa vuraraq, Sequndaya enişdən qurtulub. Əvəzində "Qranada" ilə eyni miqdarda - 35 xal toplamış "Eybar" 18-ci yeri tutaraq, aşağı liqaya düşüb.  

Son xəbərlər

Orphus sistemi