Yuxarı

Azərbaycan millisinin futbolçusu Almaniyada əməliyyat olunub

Tibbi müdaxilə uğurlu alınıb

Bakı. 22 oktyabr. REPORT.AZ/ Azərbaycan milli komandasının və Bakının “İnter” klubunun futbolçusu Rauf Əliyev əməliyyat olunub. "Report"un məlumatına görə, əməliyyat AFFA-nın vəsaiti hesabına Almaniyanın Plattlinq şəhərində baş tutub. 

Tibbi müdaxilə uğurlu alınıb. 

Qeyd edək ki, Rauf Əliyev Azərbaycan Premyer Liqasının IV turunda "Qəbələ" ilə oyunun 76-cı dəqiqəsində zədələnərək əvəzlənib. İlkin müayinə nəticəsində 26 yaşlı hücumçunun xaçabənzər bağlarında qırıq aşkarlanıb. Millinin düşərgəsində zədələnməsə də, təcrübəli forvardın müalicəsini AFFA öz hesabına həyata keçirməyi qərara alıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi