Yuxarı

Azərbaycan millisinin futbolçusu Almaniyada klubdaxili cəzaya məruz qalıb

Azərbaycan millisinin futbolçusu Almaniyada klubdaxili cəzaya məruz qalıb
Hannes Dryus: Bu, emosiyadan irəli gələn axmaq hərəkət idi

Bakı. 25 oktyabr. REPORT.AZ/ Almaniyanın II Bundesliqasında çıxış edən “Ertsqebirqe Aue” klubu Azərbaycan millisinin futbolçusu Dimitri Nazarova klubdaxili cəza tətbiq edib.

“Report” xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Hannes Dryus “Bild”ə açıqlamasında bildirib.

O deyib ki, 27 yaşlı hücumçu özünü idarə etməyi bacarmalıdır. Baş məşqçinin fikrincə, “Ertsqebirqe Aue” XI turda “Regensburq”la ev oyunu zamanı 1:0 hesabı ilə qalib gəlmək əvəzinə uduzsaydı, Nazarov qınaq obyektinə çevirləcəkdi: “Nazarova cərimə tətbiq etdik. Bu, emosiyadan irəli gələn axmaq hərəkət idi. O, özünü idarə etməlidir. Qalib gəldiyimiz üçün sevinməliyik. Uduzsaydıq, bu hərəkəti qıcıqlandırıcı olacaqdı”.

Qeyd edək ki, Dmitri Nazarov “Regensburq”la matçın 20-ci dəqiqəsində aut atarkən topu bilərəkdən rəqib futbolçunun başına çırpıb. Nəticədə o, meydandan qovulub. Almaniya Futbol İttifaqının İntizam Komitəsi futbolçunu 3 oyunluq cəzaya, klubunu 3 min avro cəriməyə məruz qoyub. 11 oyundan sonra hesabında 16 xal olan "Ertsqebirqe Aue” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi