Yuxarı

Azərbaycan millisinin futbolçusu Almaniyada ili erkən başa vurub

Azərbaycan millisinin futbolçusu Almaniyada ili erkən başa vurub
Rüfət Dadaşov ili erkən başa vurub

Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov ili erkən başa vurub.

“Report” “Münstersche Zeitung” portalına istinadən xəbər verir ki, Almaniyanın “Proyssen” komandasının formasını geyinən 27 yaşlı hücumçu III liqanın 16-cı turunda Braunşveyq “Ayntraxt”ını 3:0 hesabı ilə məğlub etdikləri görüşdə zədələnib.

Matça 69-cu dəqiqədə əvəzetmədən daxil olan Dadaşovun bud əzələsində problem yaranıb. Forvard oyunu başa vura bilsə də, onun ən azı 3 həftə meydana çıxa bilməyəcəyi gözlənilir. O, Azərbaycan millisinin Farer adaları və Kosovo ilə görüşlərindən sonra klubunun düşərgəsinə yüngül zədə ilə qayıtmışdı

Qeyd edək ki, hazırda 29 xalla 2-ci pillədə qərarlaşan “Proyssen”in qış fasiləsinə qədər liqada 4 oyunu qalıb. Münster təmsilçisi “Halleşer”, “Tsvikkau” və “Fortuna” ilə evdə, “Karlsrue” ilə isə səfərdə qarşılaşacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi