Azərbaycan millisinin futbolçusu Almaniya klubunun əsas komandasından kənarlaşdırılmasına münasibət bildirib

Azərbaycan millisinin futbolçusu Almaniya klubunun əsas komandasından kənarlaşdırılmasına münasibət bildirib “Yüksəkdən uçursunuzsa, düşüşünüz də dərinə olacaq"
Futbol
12 Yanvar , 2018 10:06
Azərbaycan millisinin futbolçusu Almaniya klubunun əsas komandasından kənarlaşdırılmasına münasibət bildirib

Bakı. 12 yanvar. REPORT.AZ/ Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Almaniya “Ayntraxt”ının əsas komandası ilə birgə İspaniya toplanışına, intizamsızlığa yol verdiyi üçün aparılmamasından dərs çıxarıb.

“Report” xəbər verir ki, 19 yaşlı hücumçu bu barədə şəxsi “Instagram” səhifəsində yazıb. O, qeyd edib ki, baş verən olay onu ruhdan salmayacaq: “Yüksəkdən uçursunuzsa, düşüşünüz də dərinə olacaq. Lakin önəmli olan daha yüksək səviyyədə uçmaq üçün sınmamaq və nəfəs almağa davam etməkdir”.

Qeyd edək ki, Renat Dadaşovun “Ayntraxt”ın əsas komandası ilə birgə İspaniya toplanışına aparılmamasına səbəb onun istirahət vaxtı hazırılıq planına əməl etməməsi və fiziki durumunun zəifləməsidir. Gənc forvard hazırda Frankfurt təmsilçisinin 19 yaşadək futbolçulardan ibarət komandasının düşərgəsində yer alıb. Yığma üzvünün III Liqada çıxış edən "Halleşer”ə icarəyə verilməsi gündəmə gəlib.

Son xəbərlər

Orphus sistemi