Azərbaycan millisinin futbolçusu Almaniya klubundan qalmaqalla ayrılıb

Azərbaycan millisinin futbolçusu Almaniya klubundan qalmaqalla ayrılıb Almaniyanın Pröyssen Munster klubu Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovla yollarını ayırıb.
Futbol
11 Yanvar , 2020 15:27
Azərbaycan millisinin futbolçusu Almaniya klubundan qalmaqalla ayrılıb

Almaniyanın "Pröyssen Munster" klubu Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovla yollarını ayırıb.

"Report"un məlumatına görə, bu barədə klubun idman direktoru Malte Metselder açıqlama verib.

O, 29 yaşlı hücumçunun davranışlarından narazı qalmalarını səbəb göstərib: "Bizə üzləşdiyimiz vəziyyətdə komandaya can-başla qulluq edən və 100 faiz sadiq olan oyunçular lazımdır. Təəssüf ki, Rüfət daha komandanın bir hissəsi olmaq istəmir və şəxsi ambisiyasını komanda yoldaşlarının məqsədlərindən önə çıxarıb. Son zamanlar o, bir daha klubumuzun formasını geyinmək istəmədiyini bizə dəfələrlə bildirirdi".

Dadaşov karyerasını ABŞ-ın II Liqasında çıxış edən "Feniks Rizinq"də davam etdirəcək. Klublar transfer şərtlərini açıqlamamağa dair razılığa gəliblər.

Qeyd edək ki, "Pröyssen Munster" hazırda Almaniya III Liqasında 19-cu pillədədir. Rüfət Dadaşov 20 oyuna 6 qol vurub. 

Son xəbərlər

Orphus sistemi