Azərbaycan millisinin futbolçusu Almaniya Bundesliqasında növbəti qolunu vurub

Azərbaycan millisinin futbolçusu Almaniya Bundesliqasında növbəti qolunu vurub Renat Dadaşov komandasını məğlubiyyətdən xilas edib
Futbol
18 Mart , 2017 16:43
Azərbaycan millisinin futbolçusu Almaniya Bundesliqasında növbəti qolunu vurub

Bakı. 18 mart. REPORT.AZ/ Almaniyanın "Frankfurt" klubunun 19 yaşadək futbolçulardan ibarət komandasında çıxış edən Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşov növbəti qolunu vurub. "Report"un məlumatına görə, Bundesliqanın Cənub Gənclər zonasında XXI tur matçında Dadaşov komandasını evdə "Hoffenhaym"a məğlubiyyətdən xilas edib.

O, 76-cı dəqiqədə komandasının bərabərlik qolunu vurub. Bu heç-heçə sayəsində "Ayntraxt" 29 xalla 6-cı pilləyə yüksəlib. "Hoffenhaym" isə 36 xalla 2-ci pillədə qalıb.

Bu, Dadaşovun ardıcıl ikinci oyunda 4-cü qolu olub. Ö, ötən tur "Ştutqarter Kikkers"lə görüşdə het-trik edib.

Qeyd edək ki, Renat Dadaşov Azərbaycan yığmasının martın 26-da Almaniya ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçına ilk dəfə dəvət alıb.  

Son xəbərlər

Orphus sistemi